Əli Kərimli: "Milli Şuradakı bəzi qüvvələr birliyə qarşı çıxaraq, qurumu tərk etdilər"

Əli Kərimli: "Milli Şuradakı bəzi qüvvələr birliyə qarşı çıxaraq, qurumu tərk etdilər" AXCP sədri partiyanın qurultayında hesabatla çıxış edib.
Daxili siyasət
27 Sentyabr , 2015 12:15
Əli Kərimli: Milli Şuradakı bəzi qüvvələr birliyə qarşı çıxaraq, qurumu tərk etdilər

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli partiyanın qurultayında hesabatla çıxış edib.

“Report”-un məlumatına görə, o, ötən dövrdə görülən işlərdən danışıb.

Ə.Kərimli çıxışında ölkə müxalifətinin birliyi məsələsinə toxunaraq qeyd edib ki, AXCP həmişə birliyin tərəfdarı olub: "Amma Milli Şuradakı bəzi qüvvələr birliyə qarşı çıxaraq, qurumu tərk etdilər. Bir müddət sonra isə həmin qüvvələr ictimai rəyin təzyiqi ilə üzləşərək dedilər ki, nə vaxta qədər AXCP-nin qərarları ilə hərəkət edəcəyik?!".

Son xəbərlər

Orphus sistemi