Əli Həsənovun rəhbərlik etdiyi xüsusi komissiya Qubada “Soyqırımı memorial kompleksi”nə baxış keçirib - YENİLƏNİB - VİDEO

Əli Həsənovun rəhbərlik etdiyi xüsusi komissiya Qubada “Soyqırımı memorial kompleksi”nə baxış keçirib - YENİLƏNİB - VİDEO Bu gün Quba Rayon İcra Hakimiyyətində komissiyanın iclası olacaq
Daxili siyasət
9 İyun , 2017 14:06
Əli Həsənovun rəhbərlik etdiyi xüsusi komissiya Qubada “Soyqırımı memorial kompleksi”nə baxış keçirib - YENİLƏNİB - VİDEO

  İlk xəbər 13:20-də dərc edilib, video əlavə olunub

Quba. 9 iyun. REPORT.AZ/ Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan komissiya üzvləri Qubada “Soyqırımı memorial kompleksi”ndə olublar.

"Report"un Şimal bürosunun məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun rəhbərlik etdiyi komissiyanın üzvləri “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxış keçiriblər.

Qeyd edək ki, “Soyqırımı memorial kompleksi”ndə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi ilə bağlı yaranmış mövcud vəziyyətin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən komissiya yaradılıb.

Bu gün Quba Rayon İcra Hakimiyyətində komissiyanın iclası olacaq.

Son xəbərlər

Orphus sistemi