Əli Həsənov: "Siyasi partiyalarla hakimiyyət arasında istənilən mövzu müzakirə oluna bilər"

Əli Həsənov: "Siyasi partiyalarla hakimiyyət arasında istənilən mövzu müzakirə oluna bilər" "Biz gələcəkdə görüşdən-görüşə o məsələləri müzakirə edib bir bəlli fikrə gələcəyik"
Daxili siyasət
12 Fevral , 2015 11:38
Əli Həsənov: Siyasi partiyalarla hakimiyyət arasında istənilən mövzu müzakirə oluna bilər

Bakı. 12 fevral. REPORT.AZ/ “Siyasi partiyalarla hakimiyyət arasında istənilən mövzu müzakirə oluna bilər. Çünki bu iki institut Azərbaycan cəmiyyətinin faktiki olaraq bugünkü və gələcək idarəçiliyinin, siyasi idarəçiliyinin, ictimai-sosial idarəçiliyinin, daxili-xarici siyasətinin taleyini müəyyən edir”. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün keçirilən iqtidar-müxalifət görüşündə deyib.

Ə.Həsənov qeyd edib ki, hakimiyyətin siyasi partiyalarla görüşü artıq ənənə halını almaqdadır: "Biz iki ay bundan əvvəl siyasi partiyalarla ilk görüşümüzü keçirdik və bu görüşdə siyasi partiyalar ilə hakimiyyət nümayəndələri arasında gələcək görüşlərin bəzi məsələlərini müzakirə etdik”.

PA rəsmisi əlavə edib ki, hazırda hakimiyyətdə olan siyasi qüvvə ilə ona müxalif mövqe sərgiləyən siyasi qüvvələr arasında ölkənin, dövlətin, cəmiyyətin bu günü və gələcəyi ilə bağlı istənilən məsələlər müzakirə mövzusu ola bilər: “Mən əminəm ki, burada da siyasi partiya sədrlərindən belə yaxşı ideyalar, yaxşı mövzular təklif olunacaq və biz gələcəkdə görüşdən-görüşə o məsələləri müzakirə edib bir bəlli fikrə gələcəyik”.

Son xəbərlər

Orphus sistemi