​Əli Həsənov: Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər xüsusi nəzarətə götürülüb

​Əli Həsənov: Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər xüsusi nəzarətə götürülüb "Ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdləri yolverilməzdir"
Daxili siyasət
9 Avqust , 2015 15:06
​Əli Həsənov: Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər xüsusi nəzarətə götürülüb

Bakı. 9 Avqust. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalist Rasim Əliyevin vəfatı ilə bağlı açıqlama verib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Əli Həsənov "Ann.az" saytının əməkdaşı Rasim Əliyevin vəfatı ilə bağlı məsələlərin respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürüldüyünü və ciddi araşdırıldığını bildirib.

"Hadisənin baş vermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məsələlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Bununla yanaşı, aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz hesab edir və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edirik", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi