Yuxarı

Əli Həsənov: "İ​lk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi birbaşa tariximizə yazılan bir hadisədir"

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov KİV rəhbərləri ilə görüşür

Bakı. 5 iyun. REPORT.AZ/ "İlk Avorpa Oyunlarının bizim ölkədə keçirilməsi birbaşa Azərbaycan tarixinə yazılan bir hadisədir". "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Azərbaycan KİV rəhbərləri ilə görüşündə deyib.

O qeyd edib ki, I Avropa Oyunları Azərbyacan tarixinin önəmli bir səhifəsidir: "Bu münasibətlə mən ilk növbədə hamınızı təbrik edirəm. İdmançılarımıza müvəffəqiyyət arzulayıram. Bu kampaniyaya  verdiyiniz hərtərəfli dəstəyə, ilk Avropa Oyunlarına hazırlıq tədbirlərini kifayət qədər yüksək səviyyədə və peşəkarlıqla işıqlandırdığınıza görə bütün KİV rəhbələrinə, jurnalistlərə təşəkkür edirəm. İlk Avropa Oyunlarının tarixinin Azərbaycandan başlanılması mühüm hadisədir".

Ə.Həsənov Prezident İlham Əliyevin Azərbyacan mətbuatının yaranmasının 140 illiyinin geniş şəkildə qeyd olunması ilə bağlı imzaladığı sərəncama da toxunub: "Bu, ilk növbədə ölkə başçısının milli mətbuata verdiyi dəyərdir. Prezident İlham Əliyevin müstəqil Azərbaycanın inkişafında, xalqımızın milli-mənəvi dəyələrinin qorunması və təbliğində medianın oynadığı rola verdiyi qiymətdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi