Əli Əsədov və Samir Nuriyev Qubadlıda hərbi hissədə olub, silah-sursata baxış keçiriblər

Əli Əsədov və Samir Nuriyev Qubadlıda hərbi hissədə olub, silah-sursata baxış keçiriblər Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı və aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri Qubadlı rayonunada Dövlət Sərhəd Xidmətinin Əlahiddə Sərhəd Diviziyasının xidməti şəraiti ilə tanış olublar.
Daxili siyasət
2 Mart , 2022 18:34
Əli Əsədov və Samir Nuriyev Qubadlıda hərbi hissədə olub, silah-sursata baxış keçiriblər

Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı və aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri Qubadlı rayonunada Dövlət Sərhəd Xidmətinin Əlahiddə Sərhəd Diviziyasının xidməti şəraiti ilə tanış olublar.

"Report"un xəbərinə görə, onlar silah-sursat və texnikaya baxış keçiriblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 1-2-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə səfərdə olub.

Son xəbərlər

Orphus sistemi