Əli Əsədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Əli Əsədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
30 Noyabr , 2016 18:16
Əli Əsədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Bakı. 30 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Əli Əsədovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Hidayət oğlu Əsədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavinidir. Ə.Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olub, bu gün onun 60 yaşı tamam olur.

Ə.Əsədov 1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Son xəbərlər

Orphus sistemi