Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov aprelin 11-də Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi təyin edilib.
Bu barədə "Report"a partiyanın mətbuat xidmətindən məlumat verilib.
Əli Əhmədov Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevralın 12-dən aprel ayının 11-dək Baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.