Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi
"Report"un xəbərinə görə, Ə.Əhmədov deyib ki, icazəsiz hər hansı hərəkətə yol vermək olmaz.
O bildirib ki, müxalifətə aksiya keçirmək üçün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yer ayrılıb: “Lökbatan Bakı şəhərinə daxildir. Yəqin ki, bunu özləri də bilirlər. Sadəcə, onlar mitinqi insanların kütləvi olduğu yerdə keçirmək, bununla da özlərinin sosial bazalarının guya çox olduğunu göstərmək istəyirlər. Mitinq keçirmək üçün ən yaxşı yer stadion olar... Nə qədər adamları var, Lökbatana stadiona dəvət etsinlər, mitinqlərini keçirsinlər. Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır. Mən hesab etmirəm ki, Lökbatan uzaqdır. Xüsusi ilə qeyd etmək istəyirəm ki, biz YAP olaraq vaxtı ilə həmin stadionda mitinqlər keçirmişik”.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuraya sentyabrın 28-də mitinq keçirməsi üçün Lökbatan qəsəbəsini təklif edib. Milli Şura isə həmin yerdə mitinq keçirməkdən imtina edib.