Əli Əhmədov: "Lapşinin ekstradisiyası Azərbaycanın öz milli maraqlarını qorumaq əzmində olduğunu sübut edir"

Əli Əhmədov: "Lapşinin ekstradisiyası Azərbaycanın öz milli maraqlarını qorumaq əzmində olduğunu sübut edir" Baş nazirin müavini: "Bu mövqe nəticəsində cinayət törətmiş hər bir şəxsin qanun qarşısında cavab verməsinə nail olacağıq"
Daxili siyasət
8 Fevral , 2017 13:34
Əli Əhmədov: Lapşinin ekstradisiyası Azərbaycanın öz milli maraqlarını qorumaq əzmində olduğunu sübut edir

Bakı. 8 fevral. REPORT.AZ/ "Aleksandr Lapşinin ekstradisiyası Azərbaycanın milli maraqlarını qorumaq əzmində olduğunu sübut edən çoxsaylı faktlardan biridir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi ƏIi Əhmədov deyib.

O bildirib ki, Azərbaycan dövlət müstəqilliyinə, dövlət maraqlarına qarşı çıxan, bununla da milli qanunvericiliyi, beynəlxalq hüquq normalarını pozan insanlara qarşı həmişə birmənalı mövqeyini ortaya qoyub: "Bu mövqe nəticəsində cinayət törətmiş hər bir şəxsin qanun qarşısında cavab verməsinə nail olacağıq". 

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan dövləti kifayət qədər qətiyyətli siyasi iradə nümayiş etdirir: "Lapşinin Azərbaycana gətirilməsi Azərbaycanın siyasi iradəsini, dövlət maraqlarını qorumaq naminə ən cəsarətli addımlar atmaq irədəsini ortaya qoyub".

Son xəbərlər

Orphus sistemi