Yuxarı

Əli Əhmədov Fransanın Azərbaycandakı səfiri ilə görüşüb

Əli Əhmədov: Üst-üstə düşən maraqlar iki ölkə arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycanın baş nazirinin müavini, hakim Yeni Azərbaycan Ppartiyası sədrinin müavini – icra katibi Əli Əhmədov bu gün Fransanın Azərbaycandakı səfiri Orelia Buşezi partiyanın mənzil qərargahında qəbul edib.

Hakim partiyadan “Report”a verilən məlumata görə, görüşdə Azərbaycanla Fransa arasındakı qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Ə.Əhmədov qeyd edib ki, üst-üstə düşən maraqlar iki ölkə arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək.

O.Buşez Fransanın regiondakı əsas tərəfdaşlarından biri olan Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov görüşdə iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi