“Azərbaycan Prezidentinin əfvi nəticəsində azadlığa çıxan Əli İnsanovun mətbuata verdiyi müsahibələr onun siması və insani keyfiyyətləri haqqında tam təsəvvür yaradır: yalan, riyakarlıq, xəyanət. Onun ümummilli lider
"Report" xəbər verir ki, bunu Baş nazirin mavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi
Ə.Əhmədov özünün rəsmi facebook səhifəsində yayımladığı məqaləsində daha sonra bildirir: “Əli İnsanovun simasının digər xarakterik cəhəti olan riyakarlıq isə ən riyakar insanlarda belə qibtə doğura bilər. On ildən çox nazir kimi çalışdığı hakimiyyəti “diktatura” adlandırması nə məntiqə, nə insanlığa sığır. Nazir olarkən bəlağətlə hakimiyyəti tərifləyən, müxalifət nümayəndələrini isə təhqir edən Əli İnsanov indi tam əksini edir. Soruşmaq lazımdır: Əli İnsanov, sənin hansı simana inanaq? Vaxtilə müxalifəti ən ağır sözlərlə təhqir edərkən gördüyümüz simana, yoxsa indi əvvəllər sədaqətlə qulluq etdiyini dediyin hakimiyyətə böhtan atan sifətinə. Yəqin ən düzgün cavab bu olar ki, heç birinə. Buna isə simasızlıq deyirlər”.
YAP-ın Sədr müavini Əli Əhmədov öz paylaşımında daha sonra bildirir: “Əli İnsanov həbsdə olduğu müddətdə Azərbaycan inanılmaz dərəcədə dəyişib, gözəlləşib, müasirləşib. İnsanlar indi daha yaxşı yaşayırlar. Düşünürdüm ki, azadlığa çıxandan sonra bu dəyişiklikləri görən insan özü də dəyişməyə bilməz. Ancaq görünən budur ki, Əli İnsanova inanmaq mümkün deyil. Onun islah olunduğunu da düşünmək sadəlövhlük olardı.
Azərbaycan xalqı ölkədəki sabitliyi, təhlükəsizliyi, inkişafı yüksək qiymətləndir. İnsanlar ölkədə qarşıdurma yaradaraq inkişafa, əmin-amanlığa əngəl törətməyə çalışanları lənətləyir və onlara xalq-iqtidar birliyi ilə cavab verir”.