Əli Abbasov nazir vəzifəsindən azad edilib

Əli Abbasov nazir vəzifəsindən azad edilib Prezident İlham Əliyev sərəncam imzalayıb
Daxili siyasət
12 Noyabr , 2015 15:33
Əli Abbasov nazir vəzifəsindən azad edilib

Bakı. 12 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Əli Abbasovun Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

Xatırladaq ki, Ə.Abbasov 2004-cü ildən nazir vəzifəsində çalışırdı. O, 2004-2014-cü illərdə rabitə və informasiya texnologiyaları naziri olub. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2014-cü il tarixli sərəncamı ilə o, rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdi.

Son xəbərlər

Orphus sistemi