​Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və istifadə etmək hüququ olan polis əməkdaşlarının siyahısı təsdiqlənib - SİYAHI

​Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və istifadə etmək hüququ olan polis əməkdaşlarının siyahısı təsdiqlənib - SİYAHI Qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Daxili siyasət
30 İyul , 2015 09:19
​Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və istifadə etmək hüququ olan polis əməkdaşlarının siyahısı təsdiqlənib - SİYAHI

Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin Siyahısı”nın təsdiq edilməsi barədə qərar verib. “Report”un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Beləliklə, elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısına Daxili İşlər Nazirliyinin (DİN) Komendant Xidmətinin rəisi, inzibati binaların təhlükəsizliyini təmin edən nizami polis hissəsinin komandiri, komandirin müavini, xidmət üzrə baş inspektoru, xidmət üzrə inspektoru, manqa komandirləri və polis nəfərləri; DİN-in xüsusi təyinatlı nizami polis hissələrinin komandirləri, komandirlərinin müavinləri, sıravi, kiçik, orta və böyük rəis heyətindən olan digər əməkdaşları; DİN-ə bilavasitə tabe olan nizami polis hissələrinin (alay, tabor, bölük, taqım, manqa) komandirləri, komandirlərinin müavinləri, xidmət üzrə baş inspektorları; müvəqqəti saxlama yerlərinin konvoy xidmətlərinin əməkdaşları daxil edilib.

Son xəbərlər

Orphus sistemi