Bakı. 14 noyabr. REPORT.AZ/ "EL" Hərakatının sədr müavini Mehdibəy Səfərov təşkilatdan istefa verib. Bu barədə "Report"a M.Səfərovun özü məlumat verib. O istefasının səbəbini "EL" Hərakatının fəaliyyətsiz durumda olması ilə izah edib: "Bir müddət öncə təşkilatın qurultayla bağlı bütün strukturları buraxıldı. Bu müddət ərzində Eldar Namazov bizimlə əlaqə saxlamayıb. Hərəkat fəaliyyət göstərmirsə, orada qalmağa ehtiyac yoxdur".
M.Səfərov "EL" Hərəkatının üzvləri ilə münasibətlərinin normal olduğunu qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl "EL" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev də təşkilatdan istefa verib.