Eldar Əzizov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Eldar Əzizov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
22 İyun , 2017 15:01
Eldar Əzizov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Eldar Əziz oğlu Əzizovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

“Report” xəbər verir ki, E.Əzizov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.

Qeyd edək ki, E.Əzizov Səbail rayon İcra Hakimiyyətinin başçısıdır. O, 1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub. İyunun 28-də E.Əzizovun 60 yaşı tamam olur. 

Son xəbərlər

Orphus sistemi