Elçin Quliyev Cəlilabadda vətəndaşları qəbul edəcək

Elçin Quliyev Cəlilabadda vətəndaşları qəbul edəcək Qəbul Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsində baş tutacaq
Daxili siyasət
31 Mart , 2015 12:04
Elçin Quliyev Cəlilabadda vətəndaşları qəbul edəcək

Bakı. 31 mart. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Cəlilabadda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Aprelin 16-da Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsində baş tutacaq qəbulda Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayon sakinləri iştirak edə bilərlər.

Qeydiyyat üçün Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

Son xəbərlər

Orphus sistemi