Prezident
"Report" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Elçin Tələt oğlu Bağırov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, E.Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsində çalışır. Bu gün onun 60 yaşı tamam olur.