Yuxarı

​VHP-nin əksər üzvləri Milli Şuranı tərk edib

Hazırda partiya iki üzvlü qurumda təmsil olunur

Bakı. 10 sentyabr. REPORT.AZ/ Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) əksər üzvləri müxalif Milli Şuradan çıxıb.

"Report"un məlumatına görə, hazırda Milli Şurada VHP-nin iki üzvü-partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və Ali Məclisin sədri Rafiq Manaflı təmsil olunur.

2013-cü ildə keçirilən prezident seçkilərində iştirakla bağlı fərdi üzvlük əsasında yaradılan müxalif Milli Şurada VHP-nin altı üzvü - Ali Məclisi katibi Asif Şəkərli, partiya sədrinin müavini Arif İsmayılbəyli, Nəzarət-Təftiş Komissiyasının sədri Felmar Ələkbərli, partiyanın mətbuat xidmətinin rəhbəri Anar Mahmudoğlu, Ali Məclisin sədri Rafiq Manaflı, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli təmsil olunurdu.

2013-cü ilin avqustunda VHP Siyasi Şurası partiya üzvlərinin Milli Şuradan çıxması haqda qərar qəbul edib. Tövsiyə xarakterli qərardan sonra VHP-nin dörd üzvü Milli Şuradan çıxıb. S.Əsədli və R.Manaflı isə fərdi qaydada Milli Şurada qalıblar. 

VHP bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar verib, Milli Şuranın isə qərarı məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi