Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzi ləğv edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzi ləğv edilib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzi ləğv edilib
Daxili siyasət
20 Avqust , 2022 11:07
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzi ləğv edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzi ləğv edilib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Belə ki, Azərbaycan Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanı ilə İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun ləğv edilməsi tapşırığı verilib.

Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 209 nömrəli Qərarı ilə bir sıra institutlar, o cümlədən İxtisaslaşdırma və İxtisasartırma İnstitutu ləğv edilib.

Təlim ehtiyaclarının ödənilməsi ilə bağlı dövlət orqanları, özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində fəaliyyət qurulduğundan və Azərbaycan Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzinin ləğv edilməsi zərurəti yaranıb.

Son xəbərlər

Orphus sistemi