Quba. 29 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəisi Mustafa Əhmədov vəzifəsindən azad edilib.
Quba Rayon İcra Hakimiyyəti "Report"un Şimal bürosuna faktı təsdiqləyib.
Rəisin 2 ay öncə nazirliyin Qubada apardığı yoxlamaların nəticələrinə əsasən işdən kənarlaşdırıldığı bildirilir.
Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin yeni rəhbərinin kim olduğu açıqlanmır.