Ekologiya və təbii sərvətlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək Qəbulda Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər
Daxili siyasət
25 Avqust , 2017 10:52
Ekologiya və təbii sərvətlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 25 avqust. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 8-də Yardımlı şəhərində vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul saat 10:00-da Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 167) keçiriləcək.

Qəbulda Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlaya (ünvan: Ləkəran şəhəri, Fizuli küşəsi 75, əlaqə telefonları: 012-585-50-73, 050-275-37-75, 050-369-20-77) bilərlər. 

Son xəbərlər

Orphus sistemi