Ekologiya və təbii sərvətlər naziri Şirvanda vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Şirvanda vətəndaşları qəbul edib Qəbul zamanı 40-dan çox vətəndaşın şikayət və təklifləri dinlənilib
Daxili siyasət
27 Yanvar , 2017 12:08
Ekologiya və təbii sərvətlər naziri Şirvanda vətəndaşları qəbul edib

Bakı. 27 yanvar. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Şirvan şəhərində vətəndaşlarla görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şəhərdəki Yeni Azərbaycan Partiyasının binasında keçirilən qəbulda Şirvan, Saatlı, Sabirabad və Hacıqabul sakinləri iştirak ediblər.

Qəbul zamanı 40-dan çox vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, biomüxtəliflik, bioresurslar, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Nazir qəbula yazılan vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi