Ekologiya və təbii sərvətlər naziri Ağdaşda vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Ağdaşda vətəndaşları qəbul edib Qəbula Ağdaş, Mingəçevir, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan 40-a yaxın vətəndaş qatılıb
Daxili siyasət
26 Avqust , 2016 17:05
Ekologiya və təbii sərvətlər naziri Ağdaşda vətəndaşları qəbul edib

Bakı. 26 avqust. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ağdaş şəhərində vətəndaşları qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutub.

Qəbulda Ağdaş, Mingəçevir, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan 40-a yaxın vətəndaş iştirak edib.

Görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik,hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların şikayətvə təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Görüş zamanı müraciətlərin həlli üçün müvafiq tədbirlər görülüb və onların bir hissəsi elə yerində həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi