Əfv sərəncamı 7 saylı cəzaçəkmə müəssisəsində icra olundu

Əfv sərəncamı 7 saylı cəzaçəkmə müəssisəsində icra olundu Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində icra olunub
Daxili siyasət
19 Mart , 2021 10:31
Əfv sərəncamı 7 saylı cəzaçəkmə müəssisəsində icra olundu

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

“Report” xəbər verir ki, 7 saylı cəzaçəkmə müəssisəsindən sərəncam ümumilikdə 14 nəfərə şamil olunub.

Tədbir zamanı 8 məhkuma arayışlar təqdim edilib və onlar azadlığa buraxılıb. Sərəncama əsasən, 6 nəfər məhkumun cəzası isə yarıya endirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam ümumilikdə 625 nəfərə şamil olunub.

Son xəbərlər

Orphus sistemi