Əfv sərəncamı 6 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - FOTO

Əfv sərəncamı 6 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - FOTO Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.
Daxili siyasət
17 Mart , 2019 10:16
Əfv sərəncamı 6 saylı cəzaçəkmə müəssisəsində də icra olunub - FOTO
Report

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

“Report”un məlumatına görə, cəzaçəkmə müəssisəsindən 49 nəfər azadlığa çıxıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini general-mayor Məhərrəm Qafarov bildirib ki, sərəncamın icrasına uyğun olaraq 6 saylı CM digər cəzaçəkmə müəssisələrinə nisbətən ən çox məhbusun əfv olunduğu müəssisədir.

Prezident İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam ümumilikdə 431 nəfərə şamil edilib.

Martın 17-si səhər saatlarından etibarən Prezidentin əfv sərəncamının icrasına başlanılıb. Sərəncama görə, artıq Gözəl Bayramlı və Şəmsiyyə Bəylərqızı da daxil olmaqla 23 qadın 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Foto: Rəşad Tuncay

Son xəbərlər

Orphus sistemi