Prezident İlham Əliyevin mayın 8-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
“Report”un xəbərinə görə, müəssisədən 7 nəfər azadlığa buraxılıb. 4 nəfərin cəzası azaldılıb.
Azadlığa buraxılan şəxslər hamısı ağır cinayət törətmiş şəxslər olub.

