Yuxarı
    Bağlamaq

    ​Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib

    İclaslar davam etdiriləcək

    Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

    Bu barədə "Report"a Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

    O bildirib ki, iclasda Komissiyaya daxil olan müraciətlərə baxılıb: "İclasda çoxsaylı müraciətlərə baxıldı. Bundan sonra da iclaslarımız davam edəcək".

    Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının yeni tərkibinin ilk iclası martın 1-də keçirilib.

    Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin növbəti əfv fərmanı imzalayacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi