Əfv Məsələləri Komissiyasının növbəti iclası bu həftə keçiriləcək

Əfv Məsələləri Komissiyasının növbəti iclası bu həftə keçiriləcək Komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq
Daxili siyasət
31 Yanvar , 2018 12:14
Əfv Məsələləri Komissiyasının növbəti iclası bu həftə keçiriləcək
Prezident Administrasiyası / Google.az

Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının fevralın 2-də keçirilməsi planlaşdırılır.

"Report"un xəbərinə görə, iclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasına 1000-dək müraciət daxil olub. Komissiyasının bu il yanvarın 30-da keçirilən ilk iclasında 100 müraciətə baxılıb. Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi