Yuxarı

Əfqanıstanın milli təhlükəsizlik üzrə müşaviri Azərbaycana səfər edəcək

Hanif Atmar səfər zamanı Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək

Bakı. 25 may. REPORT.AZ/ Əfqanıstanın milli təhlükəsizlik üzrə müşaviri Hanif Atmar Azərbaycana səfər edəcək. 

Əfqanıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər gələn həftə Azərbaycan hökumətinin dəvəti ilə həyata keçiriləcək. 

H.Atmar səfər zamanı Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək və mühüm regional məsələləri müzakirə edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi