Bakı. 21 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gələn ilin dövlət büdcəsindən 4 380 488 manat vəsait ayrılacaq.
“Report”un xəbərinə görə, bu barədə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi” layihəsində qeyd olunub. Bu rəqəm 2016-cı ildə 17 780 734 manat olub. Gələn il üçün ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 13 400 246 manat azdır.