Bakı. 1 iyun. REPORT.AZ/ Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Müsabiqə Komissiyası bildirir ki, builki açıq müsabiqədə iştirak edən namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə iyun ayının 10-da saat 10.00-da Bakı İdman Zalında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) şəffaf şəraitdə keçiriləcək.
Qeydiyyatdan keçmiş namizədlər "İmtahana buraxılış vərəqəsi"ni iyunun 8-9-da saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə
Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı 1 saat qalmış gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır.
İmtahanın keçiriləcəyi yer üzrə naviqasiya məlumatları, həmçinin imtahana hazırlıqla bağlı "Yaddaş kitabçası" Nazirliyin internet səhifəsində (
Xatırladırıq ki, qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.
Əlavə məlumatları nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 537-05-90 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.