Ədliyyə Nazirliyinin sözçüsü: "Amnistiyanın icrasına ciddi nəzarət edilir"

Ədliyyə Nazirliyinin sözçüsü: "Amnistiyanın icrasına ciddi nəzarət edilir" "Amnistiya Aktı ilə bağlı daxil olan müraciətlər araşdırılacaq. Əgər qanunsuzluq aşkar edilərsə, aidiyyəti üzrə tədbir görüləcək".
Daxili siyasət
11 Noyabr , 2021 11:58
Ədliyyə Nazirliyinin sözçüsü: Amnistiyanın icrasına ciddi nəzarət edilir
Aynur Sabitova

"Amnistiya Aktı ilə bağlı daxil olan müraciətlər araşdırılacaq. Əgər qanunsuzluq aşkar edilərsə, aidiyyəti üzrə tədbir görüləcək".

"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova 8 Noyabr-Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, amnistiyanın icrası prosesinə ciddi nəzarət edilir: “Əməkdaşlarımız tərəfindən prosesdə heç bir boşluğa yol verilə bilməz. Belə bir durum aşkarlanarsa, həmin əməkdaşlar barəsində tədbir görüləcək”.

Son xəbərlər

Orphus sistemi