Ədliyyə Nazirliyinin hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşlarının maaşları artırılıb

Ədliyyə Nazirliyinin hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşlarının maaşları artırılıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Daxili siyasət
27 Yanvar , 2025 17:11
Ədliyyə Nazirliyinin hərbi qulluqçuları və xüsusi rütbəsi olan əməkdaşlarının maaşları artırılıb

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Azərbaycan Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Ədliyyə və Maliyyə nazirlikləri bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi