​Ədliyyə Nazirliyində Heydər Əliyevə həsr olunmuş tədbirlər keçirilib

​Ədliyyə Nazirliyində Heydər Əliyevə həsr olunmuş tədbirlər keçirilib Ədliyyə işçiləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Daxili siyasət
10 May , 2016 14:02
​Ədliyyə Nazirliyində Heydər Əliyevə həsr olunmuş tədbirlər keçirilib

Bakı. 10 may. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ədliyyə orqanlarında geniş qeyd olunub.

Bu barədə "Report"a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bu gün ədliyyə işçiləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsinə əbədi ehtiramlarını bildiriblər.

Sonra tədbir nazirlikdə davam etdirilib.

Nazirliyin rəhbərliyinin və kollektivinin, o cümlədən gənc ədliyyə işçilərinin iştirakı ilə Heydər Əliyev muzeyində keçirilən tədbirdə ulu öndərin şərəfli və mənalı ömür yolundan, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, ölkənin hərtərəfli inkişafı, demokratik hüquqi dövlət quruculuğu naminə həyata keçirdiyi titanik fəaliyyətindən, əvəzsiz xidmətlərindən ətraflı bəhs olunub, dahi rəhbərin zəngin dövlətçilik irsinin indiki və gələcək nəsillərə örnək olduğu bildirilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevlə bağlı zəngin təəssüratlar və xatirələr bölüşülüb, çıxış edənlər Azərbaycan tarixində əbədi və uca yer tutan dahi rəhbərin Vətən və xalq naminə gördüyü işləri qeyd edərək işıqlı xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını söyləyib. Nazirliyin əməkdaşları muzeydə ulu öndərin bənzərsiz həyatını və çoxşaxəli fəaliyyətini əks etdirən maraqlı ekspozisiyalarla, həmçinin xüsusi stendlə tanış olub, kinozalda ona həsr olunan filmlərə baxıblar.

Son xəbərlər

Orphus sistemi