Ədliyyə Nazirliyində AŞPA-nın həmməruzəçiləri ilə görüş keçirilib

Ədliyyə Nazirliyində AŞPA-nın həmməruzəçiləri ilə görüş keçirilib Ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlar və yeniliklər barədə fikir mübadiləsi aparılıb
Daxili siyasət
13 İyun , 2017 18:44
Ədliyyə Nazirliyində AŞPA-nın həmməruzəçiləri ilə  görüş keçirilib

Bakı. 13 iyun. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa Şurasının səmərəli əməkdaşlıq etdiyi vurğulanıb, ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlar və yeniliklər barədə fikir mübadiləsi aparılıb.

Qonaqlara penitensiar sistemin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, məhkumların hüquqlarının qorunması, tibbi təminatının yaxşılaşdırılması, o cümlədən vərəmlə mübarizədə Azərbaycanın beynəlxalq aləmdə təqdir olunan və digər ölkələrə örnək kimi tövsiyə edilən müsbət təcrübəsi barədə məlumat verilib.

Görüşdə dövlət başçısı İlham Əliyevin bu ilin fevralında imzaladığı penitensiar sistemin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı ilə bu islahatların yeni mərhələyə keçdiyi vurğulanaraq ölkəmiz üçün yeni olan probasiya institutunun, elektron nəzarət vasitələrinin tətbiqi üzrə görülən işlərdən bəhs edilib.

Həmməruzəçilər Azərbaycan Prezidentinin qeyd olunan Sərəncamının insan hüquqlarının təminatı baxımından müstəsna əhəmiyyətini vurğulayaraq, bu mühüm sənədin icrası üzrə görülən işləri, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan qətimkan tədbirlərinin və alternativ cəzaların tətbiqinin genişləndirilməsini məmnunluqla qarşılayıblar.

Görüş zamanı, həmçinin bir sıra digər aidiyyəti məsələlər müzakirə olunaraq qonaqları maraqlandıran suallara aydınlıq gətirilib.

Tədbirdə Azərbaycanın AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov iştirak edib.

Son xəbərlər

Orphus sistemi