Yuxarı

Ədliyyə Nazirliyi Tural Abbaslının rəhbərlik etdiyi partiyanın sənədlərini növbəti dəfə geri qaytarıb

Nazirliyin məktubunda bəzi çatışmazlıqların olduğu göstərilib

Bakı. 29 avqust. REPORT.AZ/ Ədliyyə Nazirliyi Vahid Azərbaycan Partiyasının (VAP) iyunun 26-da keçirilən qurultayı ilə bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi ilə bağlı müraciətini cavablandırıb.

Bu barədə "Report"a partiyanın Məclis üzvü Rüfət Hacıbəyli məlumat verib.

O bildirib ki, nazirlik növbəti dəfə sənədləri geri qaytarıb: "Nazirliyin məktubunda bəzi çatışmazlıqların olduğu göstərilib. Təbii ki, bu, kiçik texniki problemlərdir. Sənədlər, artıq ikinci dəfədir ki, geri qaytarılır. Biz yenidən müraciət edəcəyik, bu müraciətimiz həm də sonuncu olacaq".

R.Hacıbəyli qeyd edib ki, Ədliyyə Nazirliyi növbəti dəfə də qurultayla bağlı müvafiq məlumatları dövlət reyestrinə daxil etməsə, məhkəməyə müraciət ediləcək.

Qeyd edək ki, Vahid Azərbaycan Partiyasının sonuncu qurultayında Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı sədr seçilib. Bundan əlavə, partiyanın adı dəyişdirilərək Ağ Partiya adlandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi