Ədliyyə naziri Sabirabadda vətəndaşları qəbul edib

Ədliyyə naziri Sabirabadda vətəndaşları qəbul edib Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının iş şəraiti ilə tanış olub
Daxili siyasət
25 Noyabr , 2015 17:54
Ədliyyə naziri Sabirabadda vətəndaşları qəbul edib

Bakı. 25 noyabr. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov Sabirabad rayonu Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı və İmişli rayonlarında yaşayan vətəndaşları qəbul edib. Bu barədə "Report"a Ədliyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının, o cümlədən Sabirabad "ASAN xidmət" mərkəzində yerləşən ədliyyə təsisatlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub. Hakimlər və ədliyyə işçiləri ilə görüş zamanı ölkə başçısının bu yaxınlarda Şəki Məhkəmə Kompleksinin açılışında keçirdiyi müşavirədə korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın artırılması, qərarların ədalətliliyinin təmin edilməsi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması ilə bağlı tələbləri diqqətə çatdırılaraq aidiyyəti tövsiyə və tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi