Ədliyyə naziri Cəlilabadda vətəndaşların qəbulunu keçirəcək

Ədliyyə naziri Cəlilabadda vətəndaşların qəbulunu keçirəcək Bakı. 1 dekabr. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov Cəlilabad rayonunda vətəndaşların qəbulunu keçirəcək.
Daxili siyasət
1 Dekabr , 2017 19:23
Ədliyyə naziri Cəlilabadda vətəndaşların qəbulunu keçirəcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov Cəlilabad rayonunda vətəndaşların qəbulunu keçirəcək.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul dekabrın 5-də olacaq.

Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 242) keçiriləcək qəbulda Cəlilabad, Salyan və Neftçala rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Lənkəran regional ədliyyə idarəsi (ünvan: Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15; əlaqə telefonu: (02525) 4-26-72, 4-07-88, (050) 326-99-94), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına ( www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi