Bakı. 24 yanvar. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov yanvarın 27-də Biləsuvar rayonunda vətəndaşlarla görüşəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Mübariz İbrahimov küçəsi, 213) keçiriləcək qəbulda Biləsuvar, Salyan və Cəlilabad rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula İmişli regional ədliyyə şöbəsi (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi, bina 12a; əlaqə telefonu: (02124) 6-12-13, 050-449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (