Bundan sonra əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı poçt şöbələrində aparılmayacaq

Bundan sonra əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı poçt şöbələrində aparılmayacaq Qeydiyyata alınma üçün dövlət rüsumu ödənilmir
Daxili siyasət
113
18 Mart , 2015 15:10
Bundan sonra əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı poçt şöbələrində aparılmayacaq

Bakı. 18 mart. REPORT.AZ/ Bu il aprelin 1-dən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı poçt şöbələrində aparılmayacaq. Bu barədə “Report”a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

DMX-dən bildirilib ki, bundan sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyat üçün DMX-nin www.migration.gov.az saytına daxil olmaqla elektron qaydada və yaxud Xidmətin regional miqrasiya idarələrinə birbaşa müraciət etməklə qeydiyyata düşməlidirlər.

Xatırladaq ki, qeydiyyata alınma üçün dövlət rüsumu ödənilmir.

Qeyd edək ki, yenilik Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 24 fevral 2015-ci il tarixli qanununa əsasən,  Məcəllənin 21.2-ci maddəsində “informasiya ehtiyatı, poçt,” sözləri “informasiya ehtiyatı,” sözləri ilə əvəz edilməsindən sonra qüvvəyə minib. 

Son xəbərlər

Orphus sistemi