Əcnəbilərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi hallarının sayı artırılır

Əcnəbilərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi hallarının sayı artırılır Milli Məclis Miqrasiya Məcəlləsinə təklif olunan yeni əlavələri qəbul edib
Daxili siyasət
6 May , 2016 11:23
Əcnəbilərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi hallarının sayı artırılır

Bakı. 6 may. REPORT.AZ/ Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi hallarının sayı artırılır. 

"Report"un məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin mayın 6-da keçirilən iclasında müzakirə olunub. 

Miqrasiya Məcəlləsinə 3 yeni məzmunda - 45.0.4-1-ci, 45.0.6-1, 64.0.8-1 və 64.0.13-1-ci maddələrin əlavə edilməsi təklif olunur.

Əlavələrə görə, Azərbaycanda təsis edilən və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan vətəndaşları və ya Azərbaycanda təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə, Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə də Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə veriləcək.

Milli Məclis məcəlləyə təklif olunan yeni əlavələri qəbul edib. 

Son xəbərlər

Orphus sistemi