Əbülfəs Qarayev mədəniyyət naziri təyin edilib

Əbülfəs Qarayev mədəniyyət naziri təyin edilib Bakı. 23 aprel. REPORT.AZ/ Əbülfəs Qarayev Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.
Daxili siyasət
23 Aprel , 2018 19:44
Əbülfəs Qarayev mədəniyyət naziri təyin edilib
Əbülfəs Qarayev

Bakı. 23 aprel. REPORT.AZ/ Əbülfəs Qarayev Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib. 

"Report"un məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev aprelin 23-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamına əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb. Ə.Qarayev də bundan əvvəl mədəniyyət və turizm naziri idi.

Son xəbərlər

Orphus sistemi