Azərbaycan ordusunun əsgəri şəhid olub, ermənilərin təxribat qrupunun 3 üzvü məhv edilib

Azərbaycan ordusunun əsgəri şəhid olub, ermənilərin təxribat qrupunun 3 üzvü məhv edilib Ermənilər Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib
Daxili siyasət
4 Fevral , 2016 10:22
Azərbaycan ordusunun əsgəri şəhid olub, ermənilərin təxribat qrupunun 3 üzvü məhv edilib

Bakı. 4 fevral. REPORT.AZ/ Ermənilər Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Nazirlikdən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.

Son xəbərlər

Orphus sistemi