Dünyasını dəyişmiş əsgərin atası: “Ədalətli, düzgün istintaqın aparılacağına inanıram” - ƏLAVƏ OLUNUB

Dünyasını dəyişmiş əsgərin atası: “Ədalətli, düzgün istintaqın aparılacağına inanıram” - ƏLAVƏ OLUNUB Bakı. 13 avqust. REPORT.AZ/ Bir neçə gün öncə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində dünyasını dəyişmiş əsgər Fəhmin Əbilovun atası Əbilov Akif Səməd oğlu bu gün Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib.
Daxili siyasət
13 Avqust , 2018 15:31
Dünyasını dəyişmiş əsgərin atası: “Ədalətli, düzgün istintaqın aparılacağına inanıram” - ƏLAVƏ OLUNUB

Bakı. 13 avqust. REPORT.AZ/ Bir neçə gün öncə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində dünyasını dəyişmiş əsgər Fəhmin Əbilovun atası Əbilov Akif Səməd oğlu bu gün Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib.

"Report"un məlumatına görə, A.Əbilov bildirib ki, görüşdən və ona verilən məlumatlardan razı qalıb. 

“Baş prokuror bildirdi ki, iş şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi nəzarətindədir. Açılmış cinayət işinin istintaqı barədə mənə ətraflı məlumat verdi. Bildirdi ki, artıq bu işdə təqsiri olan 3 nəfər həbs olunub”, - deyə o vurğulayıb. 

Əsgər atası onu da əlavə edib ki, ədalətli, düzgün istintaqın aparılacağına, hadisələrdə təqsiri olanların haqqında qanuni tədbirlərin görüləcəyinə inanır: “Hadisənin siyasiləşdirilməsinin isə qəti əleyhinəyəm”.

***

Baş Prokurorluqdan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, əsgər Fəhmin Əbilovun ölüm faktı ilə əlaqədar atası Akif Əbilov avqustun 13-də baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib: "Hazırda cinayət işi üzrə Respublika Hərbi Prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir və yaxın günlərdə istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Son xəbərlər

Orphus sistemi