Yuxarı
    Bağlamaq

    DTX-nin bir qrup əməkdaşına ali hərbi rütbə, orden və medal verilib - SİYAHI

    Xarici Kəşfiyyat Xidməti rəisinin müavininə isə general-mayor ali hərbi rütbəsi verilib© Courtesy İmage

    Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 

    "Report"un məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilib:

    polkovnik Rauf Rafiq oğlu Xələfova

    polkovnik İlqar Əli oğlu Musayevə

    polkovnik Sahib Novruz oğlu Nağıyevə

    polkovnik Asif Mustafa oğlu Rüstəmova.

    Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşları təltif ediliblər:

    2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:

    Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor

    3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:

    Ələkbərov Fazil Nəriman oğlu - general-mayor

    Fərzəliyev Sultan Cavanşir oğlu - polkovnik

    Usubov Mütəllim Məhiş oğlu - polkovnik

    «Vətən uğrunda» medalı ilə:

    Ağayev Ramil Ağami oğlu - mayor

    Cəfərov Şəhruz Cəlaləddin oğlu - kapitan

    Səfərov Fuad Vaqif oğlu - polkovnik

    Süleymanov Elşən Müzəffər oğlu - mayor

    «İgidliyə görə» medalı ilə:

    Əlizadə Xəqani Sücayət oğlu - kiçik çavuş

    Fərzəliyev Muradxan Arif oğlu - kapitan

    Rəsulov Ramin Qabil oğlu - mayor

    Yusifzadə Emin Elxan oğlu - kapitan

    «Hərbi xidmətlərə görə» medalı ilə:

    Bağırov Elnur Bəxtiyar oğlu - mayor

    Bayramlı Elbrus Binəli oğlu - ədliyyə polkovnik-leytenantı

    Həmzəyev Rəşad Firidun oğlu - polkovnik

    Qasımov Səbuhi Vaqif oğlu - mayor

    Məmmədov Madar İbrahim oğlu - kapitan

    Məsimov Nazim Abbas oğlu – kapitan

    Musayev Mehman Fikrət oğlu - polkovnik

    Paşayev Elnur Elman oğlu - kapitan.

    Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Xarici Kəşfiyyat Xidməti rəisinin müavini Ceyhun Vaqif oğlu Şadlinskiyə general-mayor ali hərbi rütbəsi verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi