DTX əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

DTX əməkdaşları qanvermə aksiyasında iştirak ediblər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ənənəvi olaraq qanvermə aksiyasında iştirak edirlər.
Daxili siyasət
24 Aprel , 2020 19:12
DTX əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ənənəvi olaraq qanvermə aksiyasında iştirak edirlər.

Bu barədə "Report"a Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının artırılmasına dəstək çağırışına uyğun olaraq, 2020-ci il aprelin 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları da bu nəcib və humanist xarakterli qanvermə aksiyasında iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi