DTX-da “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib

DTX-da “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib Bakı. 4 may. REPORT.AZ/ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasındakı “Şöhrət” muzeyində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.
Daxili siyasət
4 May , 2018 18:09
DTX-da “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib
dtx.gov.az

Bakı. 4 may. REPORT.AZ/ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasındakı “Şöhrət” muzeyində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə Akademiyanın rəhbərliyi, müəllimləri və kursantları, Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, ASAN könüllüləri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək dahi rəhbərin abidəsi önünə tər gül dəstələri düzüblər.

Unikal məzmuna və nəfis tərtibata malik “Şöhrət” muzeyi ilə tanışlıq zamanı gənclərə məlumat verilib ki, burada nümayiş etdirilən nadir eksponatlar, sənədlər və arxiv materialları Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini, xalqımızın taleyindəki misilsiz rolunu, o cümlədən ömrünün 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı xidmət dövrünü və onun bilavasitə rəhbərliyi ilə keçirilmiş əməliyyatlar haqqında məlumatları ətraflı əks etdirir. Sonra muzeyin konfrans zalında Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən musiqili video-kompozisiya nümayiş olunub.

“Dəyirmi masa”da Azərbaycanın hərtərəfli tərəqqisi yolunda ölçüyəgəlməz tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr bəxş etmiş Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələri barədə geniş məlumat verilib, Ulu Öndərin anadan olmasının 95 illiyinin Azərbaycan xalqı tərəfindən böyük sevgi və təntənə ilə qeyd edildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, respublikanın etibarlı gələcəyinin təminatı naminə dahi şəxsiyyət Heydər Əliyevin azərbaycançılıq, vətənpərvərlik və dövlətçilik irsi gənc nəsil tərəfindən dərindən mənimsənilməlidir. Aidiyyəti dövlət orqanlarının və ictimai təşkilatların bu sahədə gördükləri işlər təqdirəlayiqdir.

Çıxış edən gənclər Ümummilli Liderin dövlətçilik xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın qüdrətlənməsi, tərəqqisi və təhlükəsizliyi istiqamətində aparılan uğurlu siyasətin dönmədən və qətiyyətlə həyata keçirilməsində daim ön sırada olacaqlarını, ölkəmizi bundan sonra da hər cür məkrli qəsdlərdən qorumaq uğrunda Ali Baş Komandanın ətrafında daha da sıx birləşəcəklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi