DTX-da 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib

DTX-da 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib Tədbirdə azərbaycanlıların soyqırımına həsr olunmuş “Dünya həqiqəti bilməlidir” sənədli filmi nümayiş etdirilib
Daxili siyasət
31 Mart , 2016 17:07
DTX-da 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib

Bakı. 31 mart. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib.

DTX-dan "Report"a verilən məlumata görə, tədbirdə azərbaycanlıların soyqırımına həsr olunmuş “Dünya həqiqəti bilməlidir” sənədli filmi nümayiş etdirilib.

Bəşər tarixinin ən qanlı və faciəli səhifələrindən olan 1918-ci il 31 mart soyqırımı nəticəsində Azərbaycanda on minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı erməni-daşnak silahlı birləşmələri tərəfindən qəddarlıqla, vəhşicəsinə qətlə yetirilib, minlərlə yaşayış məntəqəsi, kəndlər, evlər, məscidlər, məktəb binaları yandırılaraq dağıdılıb. Martın 31-dən aprelin 3-dək davam edən soyqırımında erməni-daşnak silahlı birləşmələri təkcə Qubada minlərlə azərbaycanlını, ləzgini, yəhudini və digər millətə mənsub insanı qətlə yetirib, 162 kəndi yandırıblar. Bunlardan 35-i hazırda mövcud deyil. Şamaxının 53 kəndində isə 8 mindən çox azərbaycanlını öldürüblər.

Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunub. Artıq 18 ildir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı hər il dövlət səviyyəsində anım mərasimləri və digər tədbirlər keçirilir.

Son xəbərlər

Orphus sistemi