DSMF-nin Nizamnaməsinə dəyişiklik edilib

DSMF-nin Nizamnaməsinə dəyişiklik edilib DSMF-nin gəlir və xərcləri üzrə əməliyyatlar dövlət icbari şəxsi sığortası vəsaitləri istisna olmaqla həyata keçiriləcək
Daxili siyasət
18 May , 2021 17:05
DSMF-nin Nizamnaməsinə dəyişiklik edilib
0 : 00
0 : 00

Prezident İlham Əliyev Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

"Report"un xəbərinə görə, dəyişikliklə Nizamnamənin 5.7-ci bəndinə "saxlanma xərcləri" sözlərindən sonra "dövlət icbari şəxsi sığortası vəsaitləri” sözləri əlavə edilib.

Dəyişikliklə Fondun gəlir və xərcləri üzrə əməliyyatlar (saxlanma xərcləri və dövlət icbari şəxsi sığortası vəsaitləri istisna olmaqla) xəzinə hesabı vasitəsilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi